FASADLARIN VƏ PƏNCƏRƏLƏRİN TƏMİZLƏNMƏSİ.
Bütün növ tikililərdə pəncərə və fasadlar ətraf mühitin ən çox təsirinə məruz qalan bölümdür. Yağış və küləyin gətirdiyi toz və ləkələrin cəmləşdiyi yer məhz binaların pəncərə, pəncərə çərçivələri və fasadlarıdır.
Bu səthlərdən isə çirklənmənin aradan qaldırılması təhlükəli olduğu üçün peşəkarlıq tələb edir.
Peşəkar “Clean House” alpinistləri pəncələrin yuyulmasını yüksəklikdə belə təmizliyin həyata keçirilməsinə şərait yaradan avadanlıqlarla həyata keçirir. Sözügedən təmizlikdə istifadə olunan qabaqcıl təmizlik maddələrinin tətbiqi isə pəncələrdən çirklənməni daha effektiv aradan qaldırır və toz tutmayan təbəqə yaradaraq pəncərələrin təmiz istifadə müddətini artırır.
Fasadların təmizlənməsi öz növbəsində fasad örtüyünün növü və xüsusiyyətindən asılı olaraq özünəməxsus təmizlik tələb edir.
Fasad boya, şüşə, daş və müxtəliif materillardan ibarət olduqda, hər materialın özünəməxsus yuyulma və təmizlənmə texnologiyasından istifadə olunaraq həyata keçirilir.
Fasadların təmizlənməsi 3 növ olur:
- Güclü çirklənmə. Bu halda xüsusi avadanlıqsız ötüşmək qeyri-mümkündür. Güclü çirklənmə zamanı istifadə etdiyimiz avadanlıq və maddələr dərin təmizliyə şərait yaradır və nəticəni uzun müddət qoruyur.
- Mürəkkəb arxitekturalı fasadların təmizliyi. Mürəkkəb arxitekturalı obyektlərə çoxsaylı dekor elementləri məxsusdur. Belə obyektlərə avadanlıq tətbiqi mümkün deyildir və təmizlik xüsusi maddələrlə əllə və xüsusi səliqə ilə həyata keçirilir ki, bu proses həm peşəkarlıq həm də vaxt tələb edir.
- Məhdud ərazili fasadların təmizlənməısi. Mürəkkəb tikililərdə fasadın təmizlənməsi yalnız “sənaye alpinizmi” üsülü ilə həmçinin əllə həyata keçirilir. Proses vaxt tələb edən olsa da, çox effektiv nəticə verir.