HAQQIMIZDA.

Şirkətimiz 2016 –cı ildə yaradılmışdır. Yaranma tariximiz yeni olsa da, qisa vaxt ərzində böyük işlər görülmüşdür. Biz buna  peşəkar heyətin, yüksək xidmət mədəniyyətinin və işə olan münasibətin sayəsində nail olmuşuq.

“Clean House” – yaşayış və sənaye obyektlərinin kompleks təmizliyi xidmətlərini həyata keçirən təmizlik şirkətidir. Öz işimizdə biz təmizlik industriyasının ən qabaqcıl nailiyyətlərini tətbiq edir, təmizlikdə təhlükəsiz maddələr və müasir avadanlıqlar istifadə edirik.

Şirkətimizin xidmət potensialı genişdir. Hər növ təmizliyi sifariş etməklə yanaşı həmçinin müştərilərimizə istənilən qrafikə uyğunlaşma şəraiti, xidmətlərdən ümümi və ayrı-ayrılıqda istifadə edə bilmə imkanı yaradırıq.

Biz xidmət səviyyəmizi hər zaman optimizə etməyə çalışan müasir təmizlik şirkətiyik. Bu prinsipə əsaslanaraq müştərilərimizə xidmət və qiymət nisbətinin ən münasib olmasını iqtisadi şəraitdən asılı olmayaraq daim stabil qorumağa çalışırıq.

Müştəri məmnuniyyəti amilini formalaşdıran və ona ən çox təsir edən göstərici xidmət keyfiyyətidir. Elə bu səbəbdəndir ki, göstərdiyimiz xidmətin keyfiyyətinə xüsusi önəm veririk.

İşlərimizin icrası zamanı əsas diqqət yetirdiyimiz məqamlar güvənlilik,  peşəkar və şəffaf iş prosesi və operativlikdir. Məhz buna görə də məqsədimiz xidmət göstərdiyimiz sahədə aparıcı mövqe tutaraq, müştərilərimizin bizdən tam razı qalmasını təmin etməkdir.