YUMŞAQ MEBELLƏRİN KİMYƏVİ TƏMİZLİYİ.

Yumşaq mebellər bütün məkanların mütləq bir interyer parçasıdır və ən çox istismara məruz qalan detallardandır. Bu səbəbdən də yumşaq mebel tez çirk tutur və mütəmadi təmizliyə ehtiyac duyur.

“Clean House” –un “Yumşaq mebellərin kimyəvi təmizliyi” xidməti mebellərin tək təmizlənməsini nəzərdə tutmur. Yumşaq mebellərin kimyəvi təmizliyi ilə bütün dərinə hopmuş çirk, toz, ləkə və mikroblar aradan qaldırılır.

Yumşaq mebellərin peşəkar kimyəvi təmizliyi nədir?

  • Mebelin ən əlçatmaz təbəqəsinədək dərin təmizlənməsi;
  • Mürəkkəb ləkələrin xüsusi yanaşma ilə parçanın strukturu və keyfiyyətini qoruyaraq təmizlənməsi;
  • “Yüngül” antiallergik şampun ilə mebelə təravət verilməsi;
  • Səthin yekun emalı – mebelin təmizlik qalıqlarından azad olunması və səliqəyə salınması.

Mebellərin kimyəvi təmizliyində peşəkarlımız ən müxtəlif metodlar tətbiq edir. Bunların içində xüsusi qeyd etmək istədiyimiz antistatik, ləkəçıxarıcı və dezinfektorların tətbiqidir.

Yumşaq mebellərin kimyəvi təmizliyi divan, kürsü, stul, yastıq və matrasların təmizlənməsini özündə birləşdirir. Təmizlik prosesi antiallergik və ekoloji təmiz kimyəvi maddələrlə həyata keçirilir ki, bu da evində körpə uşaq olanlar üçün çox əhəmiyyətli bir nüansdır.