BƏRK ÖRTÜKLÜ DÖŞƏMƏLƏRİN KİMYƏVİ YUYULMASI.

Mərmər, qranit və digər xüsusi döşəmə növləri uzunmüddətli istismar boyunca cızılır, məişət zədələri alır və parıltısını itirir. Amma bu fakt artıq bu döşəmələrin istifadəyə yararsız olduğu anlamına gəlmir. Bu növ döşəmələr xüsusi yanaşma ilə təmizlənib restavrasiya olunduqda ilk günki görünüşünü bərpa edir.

Clean House –da bərk örtüklü döşəmələrin kimyəvi təmizliyi mərmər, qranit və s. kimi səthlərin xüsusi avadanlıq və maddələrlə yuyulması, cilalanması və kristalizə edilməsini nəzərdə tutur. Nəticədə məkanınızın bərk döşəmələri yenitək parıldayır.