İşgüzar xanımlarımızın həftəsonu kabusu əsaslı təmizlik, evdar xanımlarımızın isə yorucu ritualı gündəlik təmizlikdir… Gün və həftə ərzində evdə yığılan iş daimi təmizlik tələb edir. Nəticədə xanımlarımız vaxtının çoxunu təmizliyə həsr edir və istirahətə vaxt olmur…

Nə yaxşı ki, Clean House –un “Gündəlik və əsaslı təmizlik” xidmətləri var!

Peşəkar təmizlik personalımızın qüsursuz işi ilə artıq həftənin istənilən günü əsaslı təmizlik günüdür.

Gündəlik və əsaslı təmizlik xidmətləri mənzil, ofis və digər məkanlarda ən çox tələb olunan təmizlik xidmətlərindən biridir.

Mənzillərin və ofislərin gündəlik  təmizliyi zamanı nə edirik?

  • Otaq, dəhliz və zalın təmizliyi: mebelin tozunun alınması, şüşə və güzgü səthlərin yaş və quru dəsmal ilə silinməsi, döşəmənin yuyulması;
  • Mətbəxin təmizliyi: masanın, soyuducunun, rəflərin, bacanın təmizlənməsi, zibilin atılması, döşəmənin yaş təmizliyi, qaz plitəsinin təmizliyi, santexnikanın dezinfeksiyası;
  • Sanitar qovşağının təmizliyi: şüşə və güzgü səthlərin yuyulması, vanna və kafelin təmizlənməsi, santexnikanın dezinfeksiyası, döşəmənin yaş təmizliyi.

Mənzillərin və ofislərin əsaslı təmizliyi zamanı nə edirik?

  • Döşəmələrin quru və sulu təmizliyi;
  • Bütün səthlərdən tozun alınması, şüşə və güzgü səthlərin yuyularaq təmizlənməsi;
  • Bütün növ mebellərin təmizlənməsi (mebellərin üzərindən və arxasından tozların təmizlənməsi);
  • Ofis avadanlıqlarının üzərindən tozun alınması;
  • Zibilin tullanması;
  • Sanitar qovşağının təmizliyi (santexnikanın dezinfeksiyası, unitazların təmizlənməsi və dezinfeksiyası);

Məkanlarınızda təmizlik zamanı almaniyanın ən müasir avadanlıqları istifadə olunur, beləliklə bizim təmizlik yüksək keyfiyyəti və qalıcılığı ilə seçilir.