HOVUZLARIN VƏ FONTANLARIN TƏMİZLƏNMƏSİ.
Hovuz istirahəti nə qədər keyifli olsada, hovuzlarda təmizlik və gigiyenanın daim təmin edilməsi bir o qədər də vacibdir. Lakin hovuzlarda duz və ərp yığılması, yosun və kif kimi çirklənmələr spesifik xüsusiyyət daşıyır və təmizlənməsi fərqli metodologiya tələb edir. Hovuzların təmizlənməsi xidmətinin xüsusiyyətləri hovuz suyunun PH – ın tənzimlənməsi, suyun xlorlanması, yosun əleyhinə dərman vurulmasını özündə cəmləşdirir.
Fontanların quruluşu hovuzlarla eyni olsa da, onların daha ictimai istismarı səbəbindən çirklənmə növü biraz fərqlidir. Fontanlarda çox zaman duz, ərp, yosun və kif kimi çirklənmə ilə yanaşı həmçinin yarpaq, şüşə qırıqları, məişət tullantıları kimi də çirklənmələrə tez-tez rast gəlinir.
Hovuz və fontanların təmizlənməsində istifadə olunan kimyəvi maddələrin xüsusiyyəti onların toksik olmaması və bədəndə alergik reaksiya və sağlamlığa zərər yetirməməsi ilə seçilir.