TƏMİRDƏN SONRA TƏMİZLİK.

Təmir təlaşı nə qədər həyəcanlı və sevindirici olsa da, təmirdən sonra yığılan sənaye çirkinin təmizlənməsi bir o qədər də çətin və yorucudur. Təmirdən sonra səthlərdə qalan sement, yapışqan və boya qalıqlarının, müxtəlif tikinti ləkələrinin təmzilənməsi xüsusi avadanlıq, təmizlik vasitələri və peşəkar bacarıq tələb edir.

Məhz bu mərhələdə Clean House –un təmizlik ordusu öz təmizlik arsenalı ilə Sizə köməyə yetişir.

Təmirdən sonra təmizlik zamanı nə edirik?

  • Bütün otaqlarda döşəmənin xüsusi tozsoranla təmizlənməsi;
  • Sement, yapışqan, boya, lak və digər tikinti materialı qalıqlarının xüsusi maddələrlə aradan qaldırılması;
  • Döşəmə və plintusların sulu təmizlənməsi və parıldadıcı maddə ilə təmizlənməsi;
  • Şüşə və güzgü səthlərin yuyulması;
  • Elektrik açarlar və işıqlandırıcı cihazların üzərindən tozun alınması;
  • Məkanda mebel, interyer aksesuarları, çılçıraqlar olduqda, onların təmizlənməsi;
  • Sanitar qovşağının təmizlənməsi – kafelin döşəmədən tavana qədər tikinti qalıqlarından təmzilənməsi, santexnikanın təmizlənməsi, şüşə və güzgü səthlərin yuyulması;
  • Eyvanın təmizlənməsi – döşəmə metlaxın tikinti qalıqlarından təmizlənməsi.